Rio-2016: Nataliya Sinişin 3 qat Olimpiya çempionuna qarşı

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, qadınların mübarizəsində son təmsilçimiz - Nataliya Sinişin sabah xalça üzərinə çıxacaq.

Artıq 53 kq çəki dərəcəsində yarışacaq güləşçimizin rəqibi bəllidir. Mübarizəyə 1/8 final mərhələsindən start verəcək Sinişin 3 qat Olimpiya, 13 qat dünya çempionu, yaponiyalı Saori Yoşida ilə üz-üzə gələcək.