Rio-2016: Oleq Stepko çıxışını başa vurdu
Rio-2016 Yay Olimpiya Oyunlarında idman gimnastikası yarışları davam edib. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar çoxnövçülük üzrə final mübarizəsində bacarıqlarını sərgiləyiblər.
Təsnifat mərhələsini adlayan təmsilçimiz Oleq Stepko artıq beş növdə çıxışını başa vurub. İdmançımızın nəticələrini təqdim edirik:
Həlqələr: 14,533 (16-cı yer)
Dayaqla tullanma: 14,916 (11-ci yer)
Paralel qollar: 13,800 (17-ci yer)
Turnik: 10,466 (22-ci yer)
Sərbəst hərəkətlər: 12,226 (22-ci yer)
Gimnastika atı: 13,100 (22-ci yer)
Ümumi nəticədə 79.081-lik nəticə ilə Oleq Stepko mübarizəni 22-ci pillədə tamamlayıb.
Həlledici mərhələyə 24 idmançı qatılıb.