Rio-2016: Ruslan Lunyov ilk mərhələni yekunlaşdırdı
Rio-2016 Yay Olimpiya Oyunlarında güllə atıcılığı yarışları davam edir. SportLine.az xəbər verir ki, bu növdəki təmsilçimiz - Ruslan Lunyov bu gün 25 metr məsafəyə yarışlarda qüvvəsini sınayır.
10 metr məsafəyə güllə atıcılığında uğursuz olan snayperimiz, bu dəfə təsnifat mərhələsini adlamaq niyyətindədir.
Təmsilçimiz artıq ilk cəhdini edib. Birinci atışda 288 xal toplayan idmançımız bu nəticə ilə 26 idmançı arasında 14-cü sırada qərarlaşıb.