Rio-2016: Şərif Şərifov bürünc qazandı
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə yenə sərbəst növdə mübarizə aparan idmançılar xalça üzərinə çıxıb.
86 kq çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan Şərif Şərifov mübarizəyə 1/8 final mərhələsindən start verib. London Olimpiadasının qalibi ilk görüşündə çinli Şenqfenq Bi ilə üz-üzə gəlib. Bu mərhələni uğurla adlayan idmançımız növbəti mərhələyə vəsiqə qazanıb.
1/4 finalda rəqib Mateuş Zbiqnev Baranovski (Polşa) olub. Yenə etimadı doğruldan pəhləvanımız yarımfinala yüksəlib.
Finalın bir addımlığında Şərifov Rusiya təmsilçisi Abdulraşid Sadulayev ilə münasibətləri aydınlaşdırıb. Təəssüf ki, idmançımız uğurun davamını gətirə bilməyib.
Şərif Şərifov bürünc medal uğrunda görüşə çıxıb. Burada rəqib Fransisko Sebalyos (Venesuela) olub. Görüşü qalib başa vuran idmançımız bürünc medala yiyələnib.
Bu, Azərbaycanın Rio-2016 Yay Olimpiya Oyunlarında 14-cü medalıdır. Hazırda ölkəmizin hesabında 4 gümüş və 10 bürünc medal var.
Sərbəst güləş, 86 kq, 1/8 final
Şenqfenq Bi (CHN) | 0 |
Şərif Şərifov (AZE) | 10 |
Sərbəst güləş, 86 kq, 1/4 final
Şərif Şərifov (AZE) | 7 |
Mateuş Zbiqnev Baranovski (POL) | 0 |
Sərbəst güləş, 86 kq, yarımfinal
Abdulraşid Sadulayev (RUS) | 8 |
Şərif Şərifov (AZE) | 1 |
Sərbəst güləş, 86 kq, 3-cü yer uğrunda görüş
Fransisko Sebalyos (VEN) | 1 |
Şərif Şərifov (AZE) | 5 |