Rio-2016: Şərif Şərifov və Cəmaləddin Məhəmmədovun rəqibləri bəllidir
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, sabah sərbəst növdə mübarizə aparan daha iki təmsilçimiz xalça üzərinə çıxacaq.
86 kq çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan Şərif Şərifov ilk görüşünü 1/8 final mərhələsi çərçivəsində keçirəcək. Onun rəqibi Şenqfenq Bi (Çin) olacaq.
125 kq-da yarışan Cəmaləddin Məhəmmədov isə 1/4 finala yüksəlmək üçün Tervel İvaylov Dlaqnev (ABŞ) səddini aşmalıdır.