Rio-2016: Taekvandoçularımızın rəqibləri məlumdur
Taekvandoçularımızın Olimpiadadakı ilk rəqibləri məlum olub. SportLine.az xəbər verir ki, avqustun 17-də dayanqa çıxacaq 49 kq-dək çəki dərəcəsindəki idmançı Patimat Abakarova serbiyalı Tijan Boqdanoviçlə üz-üzə gələcək. Ertəsi gün komandamızın 2 üzvü mübarizə aparacaq. 80 kq çəki dərəcəsində Milad Beiqi Harçeqani Mali təmsilçisi İsmael Kulibalinin müqavimətini qırmağa çalışacaq. 67 kq-dək çəki dərəcəsində qüvvəsini sınayan Fəridə Əzizova isə, ABŞ taekvandoçusu Peyc Makfersonu mübarizədən kənarlaşdırmalıdır. Avqustun 19-da dünya çempionumuz Radik İsayev ümidləri doğrultmağa çalışacaq. 80 kq çəkili idmançımız ilk qarşılaşmasını qazaxıstanlı Ruslan Japarovla keçirəcək.