Rio-2016: Üzgüçülərimiz mübarizəni dayandırdılar

Rio-2016 Yay Olimpiya Oyunlarında üzgüçülük yarışları davam edib. SportLine.az xəbər verir ki, növbəti gündə bu növdə ölkəmizin şərəfini qoruyan iki idmançı mübarizəyə qoşulub.

Əvvəlcə qadınların yarışında 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında Fatimə Əlkərəmova ümidləri doğrultmağa çalışıb. Təsnifat mərhələsində 59,43 saniyə göstərici ilə ümumi nəticədə 41-ci olan idmançımız yarımfinala yüksələ bilməyib.

Kişilərin mübarizəsində isə 200 metr məsafəyə arxası üstə üsulla üzgüçülük yarışlarında yarımfinalçılar müəyyənləşib. Təmsilçimiz Boris Kirillov sonuncu olmaqla mübarizəni dayandırıb.