Rio-2016: Yuliya Ratkeviç medalsız qaldı
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, bu gün qadınlar mübarizəyə qoşulublar.
Bu növdəki təmsilçimiz Yuliya Ratkeviç (58 kq) ilk görüşünü 1/8 final mərhələsi çərçivəsində keçirib. İlk rəqib ukraynalı Oksana Herhel olub. Gərgin mübarizənin sonunda 7:5 hesabı ilə üstün olan Ratkeviç 1/4 finala adlayıb.
Növbəti rəqib Cakelin Renteria Kastilyo (Kolumbiya) ilə qarşılaşıb. Güləşçimiz bu dəfə də xalçanı başıuca tərk edib - 7:3.
Finalın bir addımlığında rəqib yaponiyalı Kaori İço olub. Təəssüf ki, təmsilçimizin uğurun davamını gətirə bilməyib. Bununla belə, idmançımız bürünc medal qazanmaq imkanı var.
Bürünc medal uğrunda Yuliya Ratkeviç tunisli Mərvə Əmri ilə üz-üzə gəlib. Son saniyələrdə üstünlüyü əldən verən idmançımız Olimpiadanı medalsız başa vurub.