Rio Ferdinand AVRO 2024-lə bağlı fikirlərini bildirib

"Mançester Yunayted"in əfsanəvi futbolçularından Rio Ferdinand 2024-cü il Avropa  Çempionatına sürpriz namizədin Türkiyə olduğunu bildirib.

Sportline.az xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi AVRO 2024 bu gün Almaniya-Şotlandiya oyunu ilə start götürəcək.

Turnir öncəsi Rio Ferdinand TNT Spors kanalına təxminlərini açıqlayıb.

İngiltərənin turnirin qalibi olacağını bildirən Ferdinand, Almaniyanın ikinci pillədə başa vuracağını düşünür.

Bombardirliyə əsas namizədinin Fransanın ulduzu Mbappe olduğunu vurğulayan keçmiş furbolçu, Türkiyənin isə surprizə imza ata biləcəyini deyib.