"Roma" portuqaliyalı baş məşqçi ilə yolları ayırıb
İtaliyanın "Roma" klubu portuqaliyalı mütəxəssis Joze Mourinyoyla yollarını ayırıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Joze Mourinyo 2021/22 mövsümündə "Roma" klubu ilə Konfrans liqasının qalib olub. Portuqaliayalı mütəxəssis Konfrans liqasını qazanan ilk baş məşqçi olaraq tarixə keçib.
Bu mövsüm bütün turnirlər daxil olmaqla "Roma" ilə 28 oyuna çıxan təcrübəli çalışdırıcı 13 qələbə, 6 heç-heçə və 9 məğlubiyyətlə yadda qalıb.
Qeyd edək ki, "Roma" klubunun rəsmiləri daha öncə Joze Mourinyo ilə yollarını ayrlımayacağını bildirmişdilər.