Ronaldinyo Leaoya "10" verdi
Braziliya millisi və "Milan"ın sabiq hücumçusu Ronaldinyo "rosso -neri"nin hazırkı ulduzu Rafael Leau haqqında fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, futbol əfsanəsi La Gazzetta dello Sport nəşrinə açıqlamasında "Leau 10 nömrəni daşımağa layiqdir. Onun oyunu məni valeh edir. Məncə Rafaelin oyununu bəyənən tək mən deyiləm. O, futbola əyləncə qatmağı bacarır", - deyib.
Qeyd edək ki, "Milan"ın sabiq ulduzu bu fikirləri UEFA Çempionlar Liqasının bu gün keçiriləcək PSJ - "Milan" görüşü ərəfəsində bildirib.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.