Ronaldo "Ayaks"la görüşə hazırdır

AVRO 2020-nin təsnifat mərhələsi çərçivəsində Serbiya millisi ilə oyunda zədələnən portuqaliyalı futbolçu Kriştiano Ronaldo yaşıl meydanlara qayıdır.

Sportline.az xəbər verir ki, Yuventus"un üzvü zədəsini tam sağaldıb. 34 yaşlı hücumçunun Amsterdamda "Ayaks"la UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşündə iştirakı üçün heç bir maneə yoxdur. Bərpa dövrünü başa vuran Ronaldu İtaliya A Seriyasının XXXI turunda "Milan"la qarşılaşmaya çıxmağa hazır olsa da, klub həmin görüşdə Ronaldonun meydanda olmamasını məqsədəuyğun sayıb.

Qeyd edək ki, "Ayaks" - "Yuventus" matçı aprelin 10-da Bakı vaxtı ilə 23:00-da başlanacaq.