Ronaldo "ən yaxşı yarımmüdafiəçi" oldu
"FourFourTwo" portalı 2000-ci illərin (21-ci əsrin ilk onilliyi) ən yaxşı yarımmüdafiəçilərinin reytinqini tərtib edib.
Sportline.az xəbər verir ki, siyahıda həmin dövrdə “Sportinq” və “Mançester Yunayted”də çıxış etmiş Kriştiano Ronaldo 1-ci olub. Ronaldo 2009-cu ildə "Real" keçib.
İkinci yerdə Zinəddin Zidan (“Yuventus”, “Real”), üçüncü yerdə isə Kaka (“San Paulu”, “Milan”, “Real Madrid”) qərarlaşıb.
1. Kriştiano Ronaldo (Portuqaliya)
2. Zinəddin Zidan (Fransa)
3. Kaka (Braziliya)
4. Xavi (İspaniya)
5. Andrea Pirlo (İtaliya)
6. Andres İnyesta (İspaniya)
7. Luiş Fiqu (Portuqaliya)
8. Pavel Nedved (Çexiya)
9. Deko (Portuqaliya)
10. Frenk Lempard (İngiltərə)