Ronaldo gələcəyin ulduzunu açıqladı

Braziliya futbolunun canlı əfsanəsi Ronaldo "Palmeyras"ın 17 yaşlı hücumçusu Estevao Villianın gələcəyini parlaq görür.

Sportline.az xəbər verir ki, o, "Çelsi"yə məxsus futbolçu haqqqında yüksək fikirlər səsləndirib.

"O, olduqca istedadlı futbolçudur. Lamin Yamala bənzəyir. Tezliklə o, əsl futbol ulduzu olacaq", - deyə Ronaldo Villianla bağlı sualı cavablandırıb.

Bu haqda jurnalist Ben Ceykobs X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Qeyd edək ki, "Kruzeyro"nun yetirməsi olan Villian 2021-ci ildə "Palmeyras"a keçib. 

40 milyon avro tranfer dəyəri olan forvard 2025-ci ildən "Çelsi"nin formasını geyinəcək.