Ronaldo La Liqa klubunun prezidenti ola bilər

Braziliyalı əfsanəvi futbolçu Ronaldo klub prezidentliyinə iddialıdır. SportLine.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, La Liqada çıxış edən "Valyadolid"ə rəhbərlik etmək istəyir.

Hazırda 25 milyon avro borcu olan kluba 30 milyon avro investisiya qoymağı planlaşdıran Ronaldo, bununla da, klubun səhmlərinin böyük hissəsinə sahiblənəcək. 

Məlumata görə, o, klubda idarəçilik işlərini görməyə tələsmir və hazırkı prezident Karlos Suarezin səlahiyyətlərini saxlayacaq.

Qeyd edək ki, Ronaldo karyerası ərzində "Kruzeyro", PSV, "Barselona", "İnter" "Real", "Milan", "Korintians" kimi klubların şərəfini qoruyub. O, 1994 və 2002-ci illərdə Braziliya millisinin heyətində Dünya çempionu olub.