Ronaldo La Liqa klubunun prezidenti oldu

Braziliyalı əfsanəvi futbolçu Ronaldo klub prezidenti olub. SportLine.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, La Liqada çıxış edən "Valyadolid" in səhmlərinin 51 faizini alıb.

Hazırda 25 milyon avro borcu olan kluba 30 milyon avro investisiya qoyan Ronaldo, bununla da, klubun səhmlərinin böyük hissəsinə sahiblənib.

Məlumata görə, o, klubda idarəçilik işlərini görməyə tələsmir və hazırkı prezident Karlos Suarezin səlahiyyətlərini saxlayacaq.

Qeyd edək ki, Ronaldo karyerası ərzində "Kruzeyro", PSV, "Barselona", "İnter" "Real", "Milan", "Korintians" kimi klubların şərəfini qoruyub. O, 1994 və 2002-ci illərdə Braziliya millisinin heyətində Dünya çempionu olub.