Ronaldonun Ançelotti ilə bağlı planı

Braziliya futbolunun canlı əfsanəsi Ronaldo Karlo Ançelotti ilə bağlı planlarından danışıb.

Sportline.az xəbər verir ki, o, italiyalı mütəxəssisi Braziliya seçməsinin baş məşqçisi görmək istədiyini bildirib.

Bu haqda "Relevo" məlumat yayıb.

Qeyd edək ki, Ronaldo 2026-cı ildə Braziliya Futbol Federasiyasının prezidenti seçkilərinə qatılmağı planlaşdırır. 

Karlo Ançelottinin "Real"la 2026-cı ilin 30 iyununadək müqaviləsi var.