Ronaldu hamını qabaqladı
Portuqaliya millisi və "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu daha bir göstəricidi rəqiblərini qabaqlayıb.
Sportline.az xəbər verir ki, o, "Sky Sports"un versiyasına görə 2024-cü ilin ən çox məvacib ödənilən idmançısı olub.
Mənbənin bildirdiyinə görə, Ronaldu ötən il ərzində 248 milyon avro qazanıb.
İkinci yerdə, "Qolden Steyt"in basketbolçusu Stefan Karri (146 milyon avro) qərarlaşıb.
İlk üçlüyü isə boksçu Tayson Fyuri (140 milyon avro) qapayıb.
Messi 129 milyon avro qazancla 4-cü yerdədir.