Ronaldu təəssüfləndiyini gizlətmədi
"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu yeni açıqlamaları ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı Kral Kubonun 1/4 finalında "Əl-Şəbab"la oyundan (5-2) sonrakı mətbuat konfransında sualları cavablandırıb.
"Burada olmağımdan çox xoşbəxtəm. "Əl-Nəsr"lə böyük uğurlara imza atmağı arzulayıram. Bu kluba daha əvvəl gəlmədiyimə görə təəssüflənirəm", - deyə Ronaldu bildirib.
Qeyd edək ki, 38 yaşlı portuqaliyalı hücumçu bu mövsüm meydana çıxdığı 22 oyunda 20 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.