Ronaldudan maraqlı açıqlama
Yaşına rəğmən oyunu ilə hələ də azarkeşlərin zövqünü oxşayan Kriştianu Ronaldu futbol fəlsəfəsini bölüşüb.
Sportline.az xəbər verir ki, təcrübəli futbolçu rekordlarla bağlı sualı belə cavablandırıb: "Əslində bu barədə çox da düşünmürəm. Yəni rekordlar elə də əhəmiyyətli deyil. "Əl-Nasr"dəki çıxışımdan zövq alıram. Bununla yanaşı, biz ən güclü və ən yaxşı komanda olmağa çalışırıq".
Bunu tanınmış jurnalist Fabrisio Romano sisial şəbəkədə paylaşıb.
Qeyd edək ki, oktyabrın 24-də Asiya Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Əl-Nasr" "Əl-Dühail" üzərində 4:3 hesablı qələbə qazanıb.
Bu qarşılaşmada Ronaldu dublla yadda qalıb.