Rudiger "Real"da qalır

"Real"ın müdafiəçisi Antonio Rudiger karyerasını Madrid klubunda davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Fabrisio Romano sosial şəbəkədə məlumat paylaşıb. 

Onun sözlərinə görə, Almaniya millisinin üzvü Səudiyyə Ərəbistanından aldığı gözqamaşdırıcı təkliflərə göz yumub.

Qeyd edək ki, Rudigerin xidmətində "Əl-Nəsr" və "Əl-İttihad" klubları maraqlı idilər. 

Hazırda onun transfer dəyərəi 25 milyon avro kimi göstərilir.