Rusiya millisinin oyunu FIFA reytinqində nəzərə alınacaq
Rusiya millisinin Kuba seçməsilə yoldaşlıq görüşü FIFA reytinqində nəzərə alınacaq.
Sportline.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyası məlumat yayıb.
Qarşılaşma bu gün 20:30-da başlanacaq.
Qeyd edək ki, FIFA və UEFA Rusiyaya Ukraynaya qarşı müharibə etdiyinə görə sanksiya tətbiq edib və ötən ilin fevralından millinin beynəlxalq turnirlərdə iştirakını dayandırıb.