Rusiya Qran-prisində azarkeşlər də olacaq

"Formula 1" üzrə Rusiya Qran-prisi tamaşaçıların iştirakı ilə keçiriləcək.

Sportline.az xəbər verir ki, bu barədə yerli Təşkilat Komitəsinin rəsmi "Instagram" səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, azarkeşlərin təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görüləcək.

Qeyd edək ki, Soçidəki Qran-pri 25-27 sentyabrda baş tutacaq.