Rusiyanın üç klubu Bardakçını istəyir

"Qalatasaray"ın müdafiəçisi Abdulkərim Bardakçı karyerasını Rusiyada davam etdirməyə yaxındır.

Sportline.az ASpor-a istinadla xəbər verir ki, bu ölkənin 3 klubu onun xidmətində maraqlıdır.

Söhbət "Zenit", "Lokomotiv" və ÇSKA-dan gedir.

Rusiya klubları ilə yanaşı bəzi Avropa təmsilçilərinin də 29 yaşlı futbolçunu transfer etmək istədiyi bildirilir.

Qeyd edək ki, Bardakçının "Qalatasaray"la 2025-ci ilin iyununadək müqaviləsi var.