"Rusiyaya qalib gəlsək, fəxr edəcəyəm"

Rusiya millisi Kuba seçməsi ilə qarşılaşacaq.

Sportline.az SE-yə istinadla xəbər verir ki, Kubanın baş məşqçisi Yunelis Kastilyo yoldaşlıq matçından gözləntilərindən danışıb.

"Sabahkı oyunda əsas məsələ təcrübə toplamaqdır. Nəticə o qədər də vacib deyil. Sabah qalib gəlsək, çox sevinəcəyik. Rusiya dünya çempionatında uğurla çıxış edən çox güclü komandadır. Qələbə qazansaq, fəxr edəcəyəm" - deyə Kastilyo bildirib.

Qeyd edək ki, Rusiya - Kuba matçı sabah Volqoqradda keçiriləcək.