Rza Çalımbayın "Beşiktaş" planı

"Beşiktaş"ın yeni baş məşqçisi Rza Çalımbay "Fanatik"ə danışıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis açıqlamasında qışda komandaya yeni oyunçular cəlb etmək istədiyini bildirib.

"Komanda istədiyim kimi deyil. Yeni başlamışıq. Tempi dəyişməliyik. Bunun üçün qış fasiləsində yeni oyunçular alınmalıdır. Ancaq bundan sonra yüksək yerlərə ümid etmək olar" - deyə Çalımbay bildirib.