"Sabah" klubu AFFA İntizam Komitəsinin qərarından şikayət etməyəcək
"Sabah" klubu AFFA İntizam Komitəsinin məşqçi Aleksey Antonyuku cəzalandırması ilə bağlı apellyasiya şikayəti verməyəcək.
Bu barədə Sportline-az-a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, rusiyalı mütəxəssis "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında hakimlər briqadasını təhqir etdiyi üçün 3-ü şərti olmaqla 5 oyunluq cəza alıb, kluba isə 4000 manat cərimə tətbiq edilib.