“Sabah” “Petrokub”u böyük hesabla məğlub etdi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Petrokub”a (Moldova) qalib gələn “Sabah” növbəti raunda adlayıb.

Sportline.az xəbər verir ki, Əlincə stadionunda baş tutan matç Bakı təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.

“Bayquşlar”ın heyətində Coy Lens Mikels (21,28, 44) het-trik edib. Digər qolu isə Pavol Şafranko (45+2) qonaqların qapısından keçirib. Moldova kollektivinin qolu 42-ci dəqiqəyə təsadüf edib. Ev sahiblərinin heyətində Steve Solvet (42) avtoqol müəllifi olub.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda bakılılar 2:0 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Petrokub”u mübarizədən kənarlaşdıran “Sabah” adını III təsnifat mərhələsinə yazdırıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq “Levski” (Bolqarıstan) - “Braqa” (Portuqaliya) matçının məğlubu ilə qarşılaşacaq.