"Sabah" qələbə ilə dönür

Azərbaycan Basketbol Liqasında XXI tur başa çatıb.

Sportline.az xəbər verir ki, turun son oyunu Şəki Olimpiya İdman Kompleksində olub.

“Olimpik Şəki” doğma azarkeşləri önündə “Sabah”la üz-üzə gəlib. Əlavə vaxtın yaşandığı gərgin mübarizənin sonunda bakılılar 86:80 hesabı ilə qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Larri Robinson (36 xal, 9 ribaund), “Sabah”dan isə Entoni Patti (27 xal, 8 ribaund) olub.

Qeyd edək ki, XXII turun oyunları 15-19 mart tarixlərində keçiriləcək.