"Sabah" və "Neftçi"nin potensial rəqibləri üz-üzə
UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.
Sportline.az xəbər verir ki, mübarizəyə 2-ci mərhələdən başlayacaq təmsilçilərimizin potensial rəqibləri də bu gün ilk matçlarına çıxacaqlar.
"Sabah"ın potensial rəqibləri - Şimali Makedoniyanın "Makedoniya" və Latviyanın RFŞ komandaları üz-üzə gələcək. Skopyedə keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
19:30."Makedoniya" (Şimali Makedoniya) - RFŞ (Latviya)
"Neftçi"nin mümkün rəqibləri olan Bosniya və Herseqovinanın "Jelezniçar" və Belarusun "Dinamo" (Minsk) klubları isə Sarayevoda qarşılaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Komanalalar arasında cavab matçı iyulun 20-də Bakıda, "Azərsun Arena"da keçiriləcək. Buna səbəb UEFA-nın Belarus klublarının avrokubok matçlarını neytral meydanda keçirməsi barədə qərarıdır.
22:30."Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus)
Qeyd edək ki, Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab matçları iyulun 18-i və 20-də keçiriləcək.
Əlavə edək ki, KL-in ikinci mərhələsində yarışacaq Azərbaycanın üçüncü təmsillçisi "Qəbələ"nin rəqibi artıq məlumdur. Bu, Kipr "Omoniya"sıdır.