"Sabah"ın rəqibindən yeni transfer

"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Bolqarıstanın "Levski" klubu futbolçusu Stivn Stoyançovla peşəkar müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu barədə Sofiya təmsilçisi məlumat yayıb.

18 yaşlı oyunçunun sözləşməsinin müddəti 3 illikdir.

Qeyd edək ki, "Levski" "Sabah"la cavab oyununu avqustun 14-də Bakıda keçirəcək. Bolqarıstanda reallaşan ilk qarşılaşmada meydan sahibləri qələbə qazanıb - 1:0.