"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, "bayquşlar" turnirin II təsnifat mərhələsində "Makkabi" (İsrail) səddini aşacağı təqdirdə, "Vaduts" (Lixtenşteyn) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.