"Sabah"ın yeni baş məşqçisi açıqlandı
“Sabah” klubunda yeni baş məşqçi təyinatı rəsmiləşib.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi xorvatiyalı məşqçi Krunoslav Renduliçlə 1,5 illik müqavilə bağlayıb.
Renduliç məşqçi karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.
Xorvatiyalı məşqçi “Zrinski” ilə Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022/2023), bu klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/2024).