Sabiq "Arsenal"lı "Vest Hem"ə keçə bilər
"Sounthempton"un ingiltərəli qapıçısı Aaron Remzdeyl karyerasını "Vest Hem Yunayted"də davam etdirə bilər.
Sportline.az "Sky Sports" kanalına istinadən xəbər verir ki, "Vest Hem" Remzdeyl üçün 20 milyon avro ödəməyə hazırdır.
26 yaşlı kiperin "Sounthempton"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Remzdeyl bu mövsüm çıxış etdiyi 25 matçda qapısında 56 top görüb.