Sabiq “Mançester Yunayted”li “Liverpul”a keçə bilər
"Marsel"in ingiltərəli futbolçusu Meyson Qrinvud karyerasını ölkəsində davam etdirə bilər.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" M.Qrinvud üçün qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdır.
23 yaşlı futbolçunun "Marsel"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qrinvud cari mövsüm çıxış etdiyi 32 matçda 19 qol 4 asistlə yadda qalıb.
Qeyd edək ki, Meyson Qrinvud "Mançester Yunayted" yetirməsi sayılır.