"Salah heç vaxt dayanmayacaq"

"Salah heç vaxt dayanmayacaq".

Sportline.az "Liverpul"un rəsmi saytına istinadla xəbər verir ki, bunu Mersisayd təmsilçisinin çalışdırıcısı Yurgen Klopp deyib. O, derbidə "Everton"a qalib gəldikləri oyunda Məhəmməd Salahın çıxışını yüksək qiymətləndirib.

“Salah haqqında ən çox bəyəndiyim şey... Bu, onun inanılmaz statistikasıdır. Onun performansı tamamilə əladır, sadəcə dəlidir. Bu onun xarakteridir. Bu, bizim üçün əladır”, - deyə Klopp bildirib.

Qeyd edək ki, Mersisayd derbisində vurulan hər 2 qolun müəllifi Məhəmməd Salah olub.