Salah “Liverpul”da qalacaq

“Liverpul” misirli futbolçusu Mohamed Salahla bağlı qərar verib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Salah “Liverpul”la yeni müqavilə imzalayacaq.

32 yaşlı futbolçunun klubla hazır ki müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Salah bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 32 qol və 22 məhsuldar ötürmə müəllifi olub.

Onun hazır ki dəyəri 55 milyon avro olaraq qiymətləndirilir.