Salah "Liverpul"la razılığa gəlib
"Liverpul"un misirli futbolçusu Mohamed Salah klubla yeni müqavilə imzalaya bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
Salahın hazır ki müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2017-ci ildən "Liverpul"un şərəfini qoruyur.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 32 qol və 22 məhsuldar ötürmə müəllifi olub.