"Sanderlend" "Nitsa" ilə danışıqlara başlayıb

"Sanderlend" klubu yeni qapıçı axtarışına çıxıb.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Nitsa"nın qapıçısı Markin Bulka üçün "Sanderlend" danışıqlara başlayıb.

Bu keçid üçün Fransa klubu ən azı 20 milyon avro tələb edir. 

Qeyd edək ki, Bulkanın "Nitsa" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

O, ötən mövsüm çıxış etdiyi 40 matçda qapısında 55 top görüb.