Sankt-Peterburqda Marin Çiliç sevindi

Rusiyada ATP seriyalı turnir yekunlaşıb.

Sportline.az xəbər verir ki, Sankt-Peterburqda keçirilən ümumi mükafat fondu 860 min dollardan çox olan yarışın finalında xorvatiyalı Marin Çiliç amerikalı Teylor Frits ilə üz-üzə gəlib. 1 saata yaxın davam edən ilk setdə avropalı raketka ustası tay-brekdə qələbə qazanıb.

2-ci hissədə isə Frits üstün olub - 6:4. 3-cü – həlledici setdə də eyni hesab qeydə alınıb.

Amma bu dəfə xorvatiyalı tennisçi qalib gəlib. Beləliklə, Marin Çiliç mövsümdə 2-ci, karyerasında isə 20-ci dəfə titul qazanıb.