"Səbail"in futbolçusunun son durumu

"Səbail" klubunun futbolçusu David Qomis əməliyyat olunub.

Sportline.az xəbər verir ki, cərrahi müdaxilə Türkiyənin İstanbul şəhərində həyata keçirilib.

31 yaşlı yarımmüdafiəçinin əməliyyatının uğurlu alındığı bidirilir.

Qeyd edək ki, fransalı hücumçu Premyer Liqanın XVI turunda "Sabah"la oyunda (0:4) zədələnmişdi.