Sebastyan Fettel karyerasını bitirə bilər

"Ferrari"nin pilotu Sebastyan Fettel karyerasını bitirə bilər.

Sportline.az xəbər verir ki, bu barədə briyaniyalı tanınmış jurnalist Co Seyvard iddia edib. O, almaniyalı sürücünün mövsümün sonunda "Formula 1"lə vidalaşacağını bildirib. Artıq belə fikirlər "Ferrari" əməkdaşlarının arasında da yayılıb.

"Red Bull"un heyətində dörd çempionluq əldə etdikdən sonra Fettel "Ferrari" ilə də çempion olacağını zənn etsə də bu alınmayıb. O, "Ferrari"yə keçəndən sonra çoxsaylı səhvlərə yol verir. Fettel bundan sonra əvvəlki performansına qayıtmayacağını anlayıb. Həmçinin gənc pilot Şarl Leklerin də güclü performans göstərməsindən sonra o, karyerasını bitirməyi düşünüb. Fettelin gedişindən sonra isə yerinə Serxio Peres, Kevin Maqnussen, Romen Qrojan və Valtteri Bottasın adı çəkilir.

Qeyd edək ki, mövsümün ilk 6 mərhələsindən sonra Sebastyan Fettel lider Lüis Hemilltondan 55 xal az toplayaraq üçüncü pillədə qərarlaşıb.