Səmədov DÇ-2022-də bu finalın olmasını istəmir
Rusiya millisinin keçmiş futbolçusu Aleksandr Səmədov DÇ-2022-də Xorvatiya - Mərakeş finalının olmasını istəmir.
Sportline.az championat.com-a istinadən xəbər verir ki, əslən azərbaycanlı sabiq oyunçu deyib:
“2022-ci il dünya çempionatında Xorvatiya və Mərakeş arasında finalı olduqca mümkündür. Axı hər şey ola bilər. Onlar birtəhər yarımfinala çıxdılar: daha da irəli gedə bilmələri məntiqlidir. Amma şəxsən mən bunu istəməzdim. Messinin dünya kubokunu qazanmasını istəyirəm".