Semenyo "Bormunt"dan ayrılacaq

"Bormunt"un qanalı futbolçusu Antonio Semenyo klubdan ayrılmağa yaxındır.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Liverpul" və "Tottenhem" Semenyonu transfer etmək istəyən klubların siyahısında yer alır.

25 yaşlı futbolçu "Bormunt"dan ayrılmaq istədiyini rəhbərliyə bildirib. O cari mövsüm çıxış etdiyi 37 matçda 10 qol və 6 asistlə yadda qalıb.

Qeyd edək ki, Semenyonun "Bormunt"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.