"Sent Patriks"-"Başakşehir" oyununun hakimi müəyyənləşib
UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Sent Patriks"-"Başakşehir" görüşünün hakimi bəlli olub.
Sportline.az Milliyet qazetinə istindla xəbər verir ki, matçı Finlandiya Futbol Federasiyasında Mohammed El-Amara idarə edəcək.
Tərəflər arasındakı ilk oyun avqustun 22-də İrlandiyada keçiriləcək. Cavab qarşılaşması 1 həftə sonra İstanbulda baş tutacaq.
Qeyd edək ki, "Başakşehir" bundan əvvəlki turda Gürcüstanın "İberiya" klubundan üstün olub. "Sent Partiks" isə təmsilçimiz "Sabah"ı mübarizədən kənarlaşdırıb.