Sərgən Yalçın "Beşiktaş" haqqında danışıb
"Beşiktaş" kulubunun keçmiş baş məşqçisi Sərgən Yalnçın komandanın hazırki vəziyəti ilə bağlı fikir bildirib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis mediayla görüşü zamanı açıqlamasında: "Beşiktaş" hazırda çox çətin zamanlar yaşayır. Klubun başında Rıza Çalımbay var və onunla bağlı danışmaq mənə yaraşmaz. Yeni rəhbərliyə uğurlar arzulayıram. Ümid edirəm ki, komanda yenidən dirçələrək keçmiş performansına qayıdacaq",-deyib.
Qeyd edək ki, Sərgən Yalçın "Beşiktaş"ın baş məşqçisi olmaq istəyərsiniz sualına isə: " Baş məşqçisi olan klub haqqında danışmaq yalnış olar. Rıza Çalımbaya uğurlar arzu edirəm",-cavabını verib.