Sergey Yuran "Spartak"a qayıtmaq istəyir
Rusiyanın "Pari NN" komandasının baş məşqçisi Sergey Yuran vaxtilə formasını geyindiyi "Spartak"da çalışmaq istədiyini dilə gətirib.
Sportline.az sovsport.ru-ya istinadla xəbər verir ki, təcrübəli müətəxəssis çempionatın növbəti turu ərəfəsindəki açıqlamasında bunu etiraf edib:
"Spartak" karyeramın ən parlaq səhifələrindəndir. 1995-ci ildə Çempionlar Liqasındakı çıxışımız unudulmazdır. "Spartak" yalnız bir klub deyil, Rusiya futbolunun flaqmanıdır. Bu komandada çalışmaq çox yaxşı olardı".
Qeyd edək ki, Sergey Yuran 1995 və 1999-cu illərdə Moskva "Spartak"ının şərəfini qoruyub.