Sərxan Hacıyev: "Danışılmış oyunlarla bağlı məsələni ciddi nəzarətdə saxlayırıq"
"Əsas problem danışılmış oyunlarla bağlıdır. Bu yöndə işlər davam edir, məsələni ciddi nəzarətdə saxlayırıq".
Sportline.az xəbər verir ki, bunu icraçı vitse-prezidenti Sərxan Hacıyev milli assosiasiyanın Hesabat Konfransında deyib.
O, bunun bütün dünyada baş verdiyini söyləyib:
"Hər kəsi bu işlərdən çəkinməyə dəvət edirik. Heç kim cəzasız qalmayacaq".