Serxio Ramos zədələndi

Madrid "Real"ının kapitanı Serxio Ramos zədələnib. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu sol ayağından xəsarət alıb. Təcrübəli müdafiəçinin nə vaxt sıraya dönəcəyi ilə bağlı məlumat verilməyib. 

Qeyd edək ki, "Real Madrid" aprelin 15-də La Liqanın 32-ci turunda səfərdə "Leqanes"lə qarşılaşacaq.