Serxio Riko yenidən yaşıl meydanlara qayıtmağı düşünür
"PSJ" kulubu təcrübəli qolkiper Serxio Rikonun yenidən sağlamlığını bərpa etdiyini və futbola qayıtdığını bildirib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 30 yaşlı qolkiper komada qaldığı müddətdə 20 kq çəki itirsə də yenidən yaşıl meydanlara qayıtmaq üçün həvəsli olduğunu deyib.
Serxi Riko atdan düşərək kəllə-beyin travması keçirdiyi üçün uzun müddətdir ki, yaşıl meydanlardan uzaq qalmışdı.
Qeyd edək ki, Serxio Riko "PSJ"ə 2022-ci ildə "Malyorka" kulubundan transfer olunmuşdu.